“İndiki halda ümidlərin nə qədər doğru olacağını söyləməyə çətinlik çəkirəm...”

“İndiki halda ümidlərin nə qədər doğru olacağını söyləməyə çətinlik çəkirəm...”

“Amma bütövlükdə qanun çərçivəsində bu işlərin gücləndirilməsi və telekampaniyaların qanunun tələblərinə cavab verən tədbirlərinin görülməsini düzgün hesab edirəm”

Bunu Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Milli Televiziya və Radio Şurasının (MTRŞ) bir neçə kanallara reklam qaydalarını pozduqlarına görə tədbiq etdiyi məhdudiyyətlər haqda danışarkən deyib. Ekspert indidən nəsə müsbət fikirlərin səsləndilməsinin tez olduğunu bildirib:

“Hər halda rəhbərlikdə dəyişiklik olması təbii ki, müəyyən ümidlərlə bağlıdır. İndiki halda ümidlərin nə qədər doğru olacağını söyləməyə çətinlik çəkirəm, çünki bu yeni konsepsiya söhbəti deyil. Amma bütövlükdə qanun çərçivəsində bu işlərin gücləndirilməsi və telekampaniyaların qanunun tələblərinə cavab verən tədbirlərinin görülməsini düzgün hesab edirəm. Bütövlükdə isə MTRŞ-in bu fəaliyyəti ilə bağlı məsələyə hələ ki, cavab verə bilməyəcəm, çünki bunlar ayrı-ayrı qərarlardır. Biz bütün yanaşma tərzində hər hansı bir yenilik barədə məlumata malik deyilik”.

Mənbə: moderator.az