Erməni politoloq: “Ermənistan hökumət həllər tapa bilmir, qabiliyyətsiz və uzaqlaşmalı olduğunu bəyan etməlidir”

Erməni politoloq: “Ermənistan hökumət həllər tapa bilmir, qabiliyyətsiz və uzaqlaşmalı olduğunu bəyan etməlidir”

“Təəssürat budur ki, doğurdanmı Baş nazirdə pandemiyanın nəzarətdən çıxması və təbii olaraq buna görə üzərində olan bütün məsuliyyəti hiss etməsi ilə bağlı ciddi narahatlıq var?”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Danielyanın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan günahı ictimaiyyətin üzərinə atmağa çalışmadığını nə qədər təkzib etsə də, hər halda bu hiss olunur.

“O, bunun siyasi məsuliyyət gətirəcəyini başa düşərək yeganə günahkar olmaq istəmir. Bu hökumət həllər tapa bilmir, qabiliyyətsiz və uzaqlaşmalı olduğunu bəyan etməlidir, Paşinyanın olduğu müddətcə, onun ətrafında formalaşmış hökumət effektiv ola bilməz”, - deyə erməni politoloq bildirib.

 

Mənbə: ordu.az