Zelenski: “Karantini pozmuşamsa, cərimə ödəməyə hazıram”

Zelenski: “Karantini pozmuşamsa, cərimə ödəməyə hazıram”

Ukrayna Prezidenti Vladimir Zelenski Xmelnitski bölgəsində bir kafedə olduğu müddətdə karantini pozduğu təqdirdə cərimə ödəyəcəyini söylədi.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Çərşənbə axşamı 3 iyunda Ukrayna lideri özünü təcridetmə rejimini pozdu və Xmelnitskinin bir kafesinə baş çəkdi, baxmayaraq ki, koronavirusla əlaqədar vəziyyətə görə qonaqlara yalnız yay məkanlarında oturmağa icazə verilir. Tam xidmətlər isə iyunun 5-də başlayacaq.

Müvafiq şəkli dövlət başçısının ofisi tərəfindən İnstagramda yayımlanıb.

Zelenski jurnalistin onun cərimələnib-tutulmaması ilə bağlı sualını cavablandıraraq “Əgər bir şeyi pozmuşamsa, cərimə ödəməyə hazıram” dedi.

Prezidentin sözlərinə görə, o, dəvətlə kafedə olub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az