Sabiq prezident ABŞ-da baş verən iğtişaşlar haqqında: "Ümidisiz olan hər kəs..."

Sabiq prezident ABŞ-da baş verən iğtişaşlar haqqında: "Ümidisiz olan hər kəs..."

ABŞ-ın sabiq prezidenti Cimmi Karter polis tərəfindən öldürülən Corc Flyod və bundan sonar ölkədə başlanan kütləvi iğtişaşlarla əlaqədar yazılı açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın 39-cu prezidenti Flyodun ölümündən duyduğu təssüf hissini qeyd edərək irqçiliyi kəskin şəkildə pisləyib.

Karter hadisədən sonar baş verən iğtişaş və zorakılıqların həll yolu olmadığını bəyan edib. “Ürəyimiz zülm qarşısında ümidsizlik hiss edən hər kslə birlikdədir” deyən sabiq dövlət başçısı ağdərili olaraq ayrı-seçkilik və ədalətsizliyin afroamerikalılar üzərindən təsirindən çox yaxşı xəbərdar olduğunu vurğulayıb:

“Bir siyasətçi olaraq dövlətimizə və ölkəmizə bərabərlik gətirmək məsuliyyətimi hiss etdim. Hələ Georgiya ştatının qubernatoru olduğim 1971-ci ildə elan etmişdim ki, irqi ayrı-seçkiliyin zamanı bitdi. Ürəyimiz Flyodun ailəsi, eyni zamanda irqi fərqlər və zorakılıqlar qarşısında ümidsiz olan hər kəslə birlikdədir”.

Mənbə: teleqraf.com