Honqkonqda Çin himni ilə bağlı qərar qəbul edildi

Honqkonqda Çin himni ilə bağlı qərar qəbul edildi

Çinin Honqkong Xüsusi İnzibati Bölgəsində dövlət himninin təhqir edilməsini qadağan edən qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

"Qafqazinfo" Honqkonq mətbuatına istinadən xəbər verir ki, parlamentin saytında dərc edilən səsvermənin nəticələrinə görə, müxalif deputatların səsverməsi dayandırıldıqdan sonra dövlət himni haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Qanunverici Şurada təxminən 4 gün davam edən səsvermə iclaslarında 43 nümayəndə iştirak edib. Qanun Çin tərəfdarı olan 41 nümayəndənin lehinə səs verməsi ilə qəbul edilib.

Layihə Çin Dövlət Himninin təhqir olunması üçün üç ilədək həbs cəzası və ya 6,4 min dollaradək cərimə nəzərdə tutur.

Qeyd edək ki, qanun layihəsi Honqkonqda xarici futbol komandaları ilə keçirilən görüşlərdə azarkeşlərin Çin himnini fitə basmasından sonra müzakirəyə qaldırılıb.

Mənbə: qafqazinfo.az