Obama: "Amerika 400 illik irqçiliyi qəfildən silə bilməz"

Obama: "Amerika 400 illik irqçiliyi qəfildən silə bilməz"

Eastnews,org-un verdiyi xəbərə görə, ABŞ-ın sabiq prezidenti Barak Obama son açıqlamasında Tramp administrasiyasını polis islahatına çağırıb.

ABŞ-dakı irqçilik tarixini etiraf edən Barak Obama iğtişaşların və etirazların azaldılmasına yönəlmiş bir açıqlamada bildirib:
"400 illik irqçiliyi qəfildən silə bilmirik. İnsanların ABŞ rəhbərliyi altında təsis edilmiş irqçilikdə geniş yayılan dəyişiklikləri gözləməməlidirlər".
Obama, ABŞ-ın mer və qubernatorlarını polis tərəfindən güc və zor tətbiq etmə standartlarına yenidən baxmağa, polis orqanlarında islahatlar aparmağa çağırıb:

"Ötən həftənin dəhşətli hadisələri amerikalılar üçün oyanmağa heyrətamiz bir fürsət oldu. Zorakılıq avtomatik olaraq yöndəmsiz vəziyyətdə olan cəmiyyətin hissələrini məhv edir və ictimai rəyin bu problemlərin əsl köklərindən və səbəblərindən yayınmasına səbəb olur".

Mənbə: Tasnim

Mənbə: eastnews.org