“Tramp yeganə prezidentdir ki, xalqını bölməyə çalışır” - General

“Tramp yeganə prezidentdir ki, xalqını bölməyə çalışır” - General

Donald Tramp həyatımda ilk rast gəldiyim Amerika xalqını birləşdirməyə çalışmayan, buna cəhd edirmiş kimi görünməyi belə bacarmayan yeganə prezidentdir. O, xalqı birləşdirmək əvəzinə bölməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu sözləri 2018-ci ildə ABŞ müdafiə naziri vəzifəsindən istefa vermiş general Ceyms Mattis deyib.

Generalın fikrincə, hazırda ABŞ-da baş verənlər əslində son 3 il ərzində idarəetmədəki qüsurların nəticəsidir: "Konstitusiyamızı ələ salan liderdən hesab istəməliyik".

Təqaüddə olan general Trampın əlində “İncil”lə foto çəkdirməsinə, bu prosesdə ABŞ ordusuna rəhbərlik edən şəxslərin iştirakına və indiki müdafiə naziri Esperin “müharibə meydanı” ifadəsi işlətməsinə sərt reaksiya göstərib:

“Şəhərlərimizi müharibə meydanı kimi qiymətləndirməyə istiqamətlənən hər cür düşüncəni rədd etməliyik. Milli Qvardiyanın etirazalara qarşı qoymaq böyük qüsurdur və böyük ixtilaf yaradacaq”.

Prezident Donald Tramp isə özünün Tvitter səhifəsində keçmiş müdafiə nazirinin ittihamlarına cavab verib: “Mənim və Barak Obamanın yeganə ortaq nöqtəmiz general Mattisi ordudan qovmağımızdır. Onun istefa məktubunu mən tələb etdim və bundan məmnunam. Onun ləqəbinui “Quduz it” qoymuşdum. Ona yeni həyat, qazanacağı yeni müharibələr verdim, amma uğursuz oldu. Nə yaxşı ki, bizim yanımızdan getməli oldu”.

Mənbə: teleqraf.com