Paşinyan koronavirusa yoluxub, ya yox?

Paşinyan koronavirusa yoluxub, ya yox?

Müxtəlif təbəqələr tərəfindən müxtəlif rəy və müzakirələrin mövzusu olan erməni gerçəkliyindəki bir nömrəli prioritet məsələ, hər gün yoluxmuş insanların sayının bir neçə yüz olması, ölənlərin sayının artıq ikirəqəmli olmaqla ölkədəki epidemiya vəziyyətidir. Bu gün hörmətsizlik və təhqir dolu leksikoligiya ilə əlaqəli nifrət, indiki Ermənistan hökumətində adi hala çevrilib. Bilinmir niyə, dövlət məmurları və yüksək vəzifəli məmurlar cəmiyyətlə yuxarıdan aşağı hirsli və etirazları qəbul etməyən bir tonda danışmağı özlərinə borc hesab edirlər.

Paşinyanın koronavirusa qarşı mübarizə üzrə bütün dövlət proqramını yerinə yetirməməsi artıq bir həqiqətdir, bunu bəzi mütəxəssislər epidemiyanın ilkin mərhələsində qeyd etmişdilər və bu gün artıq bu bir reallıqdır. Mayın 4-də uğursuzluğa görə məsuliyyətdən yayınmaq üçün adi vətəndaşı günahlandırmaq məqsədilə demək olar ki, o, bütün məhdudiyyətləri aradan qaldırdı.

Sonra məlum oldu ki, Paşinyan və bütün ailəsi koronavirusa yoluxub.

Bu mövzu ilə bağlı iki məqam nəzərdən keçirilir:

Əgər Paşinyan yoluxubsa,

Onun koronavirusa yoluxması faktı ölkənin daxilindəki dövlət sistemində tez bir zamanda fəlakətə gətirib çıxara bilər, demək olar ki, bütün sahələrdə, o cümlədən parlamentdə çox kəskin çökməyə səbəb ola bilər. Bu, Ermənistanın bütün dövlət rəhbərliyinə dönməz nəticələr verə bilər və ölkədə tam və idarəolunmaz xaos yarada bilər.

Əgər Paşinyan yalan danışırsa,

Səhərdən bəri müxtəlif dairələr tərəfindən istismar edilən bu iddia, real olmasına dair demək olar ki, bütün əlamətləri əks etdirir. Birincisi, bu şəkildə Paşinyan, nəhayət qəti şəkildə yoluxma üçün bütün məsuliyyəti öz üzərindən atır. Bu məsələdə Arsen Torosyan və Tiqran Avinyan ön plana çıxır.

İkincisi, son günlər, siyasi məzlum vəziyyətə düşən Paşinyanın bir az dincəlməsi və növbəti addımlarını yenidən düşünməsinə vaxt lazımdır.

Üçüncüsü, Mikael Minasyanın bir neçə gün əvvəl qanunsuz silah satışı ilə bağlı irəli sürdüyü son ittiham, Nikol Paşinyan və komandasını real çıxılmaz vəziyyətə salıb.

Tütün və brilyant qaçaqçılığı mövzusunu hələ dərk etməyən, hələki tam və dəqiq bir cavab verməyən hökumət, yeni bir cinayət və mafiya sxemi ilə qarşılaşır. Bütün bu halları müqayisə edərək, Paşinyanın bəyanatında qarışıqlıq elementlərinin olması bir qədər məntiqli görünür.

Bütün bunları nəzərə alaraq, sadə bir həqiqətlə rastalşırıq ki, “inqilabçılar” özləri üçün bir problem icad edirlər, sonra bu problemləri “qəhrəmancasına” dəf etməyə çalışırlar, amma burada vacib olan məqam budur ki, bu “problemlərə” qarşı mübarizə aparan hər hansı bir dövlət hakimiyyətinin cəhdi uğursuzluğa məhkumdur.

Aqil Məmmədov
Ordu.az 

 

Mənbə: ordu.az