Millət vəkili: “Ölkəmizin başı üzərində olan qara buludların tezliklə dağılacağına inanıram”

Millət vəkili: “Ölkəmizin başı üzərində olan qara buludların tezliklə dağılacağına inanıram”

Covid-19 pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə ölkə başçısı İlham Əliyevin ardicil tapşırıqları, hökumətin qəbul etdiyi qərarlar, əhalinin "Biz Birlikdə Güclüyük" çağırışına qoşulması, vəziyyəti tam nəzarət altında saxlamaq mümkün olub. Xüsusilə karantin rejiminin tətbiqi, mütəxəssislər tərəfindən vəziyyətə dair mütəmadi qaydaların hazırlanması, Azərbaycanda daha çox insanın bu virusa yoluxmasının qarşısını alıb". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Məzahir Əfəndiyev deyib ki, lakin, son həftə ərzində 1000-ə yaxın vətəndaşda koronavirusun aşkarlanması, 70 nəfərin ölüm faktının qeydə alınması, karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri edib: "Hazırlanmış yeni qərara əsasən həftə sonunu tam qapanma qərara alınıb və vətəndaşların sağlamlığının qorunması naminə bu qərara tam ciddiliyi ilə əməl olunmasının vacibliyi qeyd olunub".

Millət vəkili qeyd edib ki, ölkə rəhbəri İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır və sağlamlığımızı qorumaqla digərlərinin də yoluxmasının qarşısının alınmasında məsuliyyətli olmalıyıq: "Ölkəmizdə maskaların və tibbi spirtin, habelə ərzaq ehtiyyatının kifayət qədər olması, vəziyyətin tam hökümət tərəfindən idarə olunması, vətəndaşlarımızda heç bir narahatçılığa əsas olmadığını bir daha vurğulayıram. Azərbaycan vətəndaşlarına, seçicilərimə, bacı və qardaşlarıma bir daha müraciət edərək həftə sonları evdən çölə çıxmamalarını tövsiyyə edir və ölkəmizin başı üzərində olan qara buludların tezliklə dağılacağına inanıram"

Mənbə: olaylar.az