«Liviya Milli Razılıq Hökuməti» Tripolinin bütün inzibati ərazilərini geri aldığını bildirib

«Liviya Milli Razılıq Hökuməti» Tripolinin bütün inzibati ərazilərini geri aldığını bildirib

“Liviya Milli Razılıq Hökuməti paytaxtın beynəlxalq hava limanını ələ keçirdikdən sonra Tripolinin bütün inzibati ərazilərini də nəzarətə götürdüyünü bildirib...

“Liviya Milli Razılıq Hökuməti paytaxtın beynəlxalq hava limanını ələ keçirdikdən sonra Tripolinin bütün inzibati ərazilərini də nəzarətə götürdüyünü bildirib.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Liviya Milli Razılıq Hökuməti” qüvvələrinin sözçüsü polkovnik Məhəmməd Qanunu rəsmi facebook səhifəsində məlumat verib.

Bildirilib ki, “hökumətin qüvvələri paytaxt Tripolinin bütün inzibati ərazilərini nəzarətə götürüb."

Qeyd edək ki, ötən gecə “Milli Razılıq Hökuməti” qüvvələri Tripolinin beynəlxalq hava limanını Xəlifə Haftarın başçılıq etdiyi “Milli Ordu”dan geri alıbıqlarını bəyan etmişdilər.

Qarşıdurmalar fonunda “Milli Razılıq Hökuməti”nin rəhbəri Faiz əs-Sirac danışıqlar üçün Türkiyəyə, onun müavini Moskvaya, Xəlifə Haftarın dəstəklədiyi hökumətin rəsmi nümayəndə heyəti isə Misirə gedib.

Mənbə: www.interaztv.com