“Alq”: Ermənistanda dərin idarəetmə böhranı mövcuddur, yeni hökumət formalaşdırmaq zəruridir

“Alq”: Ermənistanda dərin idarəetmə böhranı mövcuddur, yeni hökumət formalaşdırmaq zəruridir

“Non-stop rejimi ilə ictimaiyyətə müraciət edən Baş nazir çox vacib bir açıqlama verdi: bu, təkcə sağlamlıq problemi deyil. Və bu, həqiqətən də belədir”. Ordu.az xəbər verir ki, bu, Ermənistanın “Alternativ layihələr qrupu”nun bəyanatında qeyd olunub.
Qrup bildirir ki, bu, idarəetmə böhranıdır: 2018-ci ildən bəri ölkənin idarəetməsi yalnız bir insanın üzərində qurulmuşdu. Dövlət institutları israrla dəyərdən düşürdü. Dövlət institutları bir adamın istəkləri ilə inadkarcasına əvəz olunurdu. Hakim, prokuror, dünyəvi və ruhani lider, hökumət, parlament, ordu, polis, Milli Təhlükəsizlik Xidməti o idi. Ermənistanda dərin idarəetmə böhranı mövcuddur, yeni hökumət formalaşdırmaq zəruridir”.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az