Hindistan və Avstraliya arasında hərbi logistika paktı imzalanacaq

Hindistan və Avstraliya arasında hərbi logistika paktı imzalanacaq

Hindistan və Avstraliyanın Baş nazirləri Narendra Modi və Skot Morrison arasında onlayn sammit keçiriləcək. Ordu.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, sammit zamanı tərəflər hərbi logistika paktını imzalayacaq.
Bildirilir ki, bu paktla Hindistan və Avstraliya arasında böyük hərbi mübadilə və təlimlər üçün zəmin yaranacaq.Qeyd olunur ki, Hindistanın ABŞ-la bağladığı oxşar razılaşmaya uyğun olaraq imzalanan pakt tərəflərin bir-birlərinin hərbi bazalarına çıxışı təmin edəcək.
Nəşr yazır ki, paktın imzalanmasının səbəbi Hindistan və Çin arasında son həftələr yaşanan gərginliklərlə bağlı ola bilər.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az