Şimali Koreya: "Pompeo günəşin haradan çıxıb, harada batdığını bilmir"

Şimali Koreya: "Pompeo günəşin haradan çıxıb, harada batdığını bilmir"

Eastnews,org-un verdiyi xəbərə görə, Şimali Koreya lideri Kim Çen Inın İşçi partiyası verdiyi açıqlamada ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Çin əleyhinə açıqlamalarını tənqid edib.
Bu barədə "Channel News Asia" saytı məlumat yayıb.

Məlumata görə, açıqlamada ABŞ-ın digər ölkələrə qarşı casusluq fəaliyyəti ilə yaxından maraqlandığı bildirilib.
ABŞ-ın Honq Konq və ya insan hüquqları kimi mövzularda Çini tənqid etmək haqqı olmadığı vurğulanan açıqlamada bildirilib ki, Mayk Pompeo günəşin haradan çıxdığı və batdığı yer haqqında olduqca məlumatsızdır.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo bir neçə gün öncə "Fox News"a açıqlamasında Çinin Qərb dəyərlərini sarsıtmaq niyyətində olduğunu söyləyərək, bunun amerikalılar üçün təhlükə olduğunu deyib.

Mənbə: FNA

Mənbə: eastnews.org