Moskva kimə üstünlük verdiyini açıqladı

Moskva kimə üstünlük verdiyini açıqladı

Qeyd edək ki, may ayının sonunda Rusiya Prezidenti Vladimir Putin paradın iyunun 24-də keçiriləcəyini bildirib.

BAKI, 4 iyun — Sputnik. Moskvada keçiriləcək hərbi parada dəvət olunanlar siyahısında üstünlük əvvəlki kimi MDB ölkə başçılarına verilir. Sputnik Azərbaycan ""yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mən yenə də sizə xatırladıram ki, Moskvada keçiriləcək hərbi parada dəvət olunanlar siyahısında üstünlük əvvəlki kimi MDB ölkə başçılarına verilir", - deyə Peskov jurnalistərin Moskvadakı Qələbə paradına BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə dəvətin göndərilməsi və onlara cavabın alınıb-alınmaması barədə sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, may ayının sonunda Rusiya Prezidenti Vladimir Putin paradın iyunun 24-də keçiriləcəyini bildirib.

Mənbə: sputnik.az