Rusiyadan asılılığı həll etməliyik - Lukaşenko

Rusiyadan asılılığı həll etməliyik - Lukaşenko

Belarusun yeni hökuməti Rusiya bazarından tam asılılıq problemini yekun şəkildə həll etməlidirlər.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“İxracat yoxdursa, valyuta da yoxdur. Bir ölkənin bazarından asılılıq problemini yekun olaraq həll etmək lazımdır. Biz hətta qardaş Rusiyadan 50-55% asılı olmamalıyıq. Gərək bazarları diversifikasiya edək” – deyə o bildirib.

Mənbə: axar.az