Xüsusi rejimli xəstəxanaların üzərinə böyük yük düşüb

Xüsusi rejimli xəstəxanaların üzərinə böyük yük düşüb

Virusa yoluxanların artması ilə Bakı şəhərində xüsusi rejimli xəstəxanaların üzərinə böyük yük düşüb.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlının sözlərinə görə, buna səbəb də vətəndaşların karantin qaydalarına əməl etməməaidir:

"Metroda maskadan istifadə edilməməsinə cəhdlər kiminsə qələbəsi deyil, bu, virusun qələbəsidir. Bu səbəbdəndir ki, həftə sonları bağlanmalara gedirik. Bu, bir neçə həftə davam edə bilər. İqtisadi vəziyyət nəzərə alınaraq, hələlik qısamüddətli qapanmalara gediləcək".

Mənbə: modern.az