Pandemiyada lombardların fəaliyyəti necə olacaq?-RƏY

Pandemiyada lombardların fəaliyyəti necə olacaq?-RƏY

Bütün dünyada lombardlar spesifik fəaliyyət sahəsi hesab olunur. Sözügedən sahə çox bank funksiyasına sahib olmasalar da, banklar kimi əhaliyə pul borc verir. Buna görə onların fəaliyyətlərini tənzimləmək üçün xüsusi qanunlar qəbul edilir. Bildirilir ki, Azərbaycanda belə bir qanun Milli Məclisin növbədənkənar iclasında qəbul edilə bilər.

Bəs koronavirusun təsiri səbəbindən borc pullarını vaxtında qaytara bilmədikləri təqdirdə lombardlar borcalanlara kredit tətilini verirmi?

Sonxeber.az "Uğur Lombard"ın filial əməkdaşı ilə əlaqə saxlayıb. Fililalın kredit mütəxəssisi Abdullayev Mirtofiq bank olmayan kredit təşkilatında, yəni lombardda insanlara pandemiyanın nəzərə alınaraq cərimələrin tətbiq edilmədiyini bildirib:

"Əvvələr lombarda hansısa əşyasına görə ödəmə etməyən vətəndaşlardan cərimə alınırdısa, indi həmin cərimə hesablanmır, sadəcə aylıq faizlər alınır".

Filial əməkdaşı bəzən müştərilərin təşkilatın faiz ödənişi ilə bağlı anlaşmazlıqlarının olduğunu qeyd edib. Həmçinin, pandemiya bitənədək müştərilərdən cərimə alınmayacağını da açıqlayıb.

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az