Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB

Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB

Sosial şəbəkələrdə tibb işçilərinin vəfat etmiş şəxslərin yaxınlarına koronavirusdan ölməsilə ilə bağlı arayış verməsini təklif etməsilə bağlı şayiələr yayılmaqdadır.
BAKU.WS xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində vətəndaşları təxribat xarakterli şayiələrə inanmamağa çağırıb.

O, sosial şəbəkələrdə yayılan ən populyar şayiəyə aydınlıq gətirib:

"Sosial şəbəkələrdə məqsədli şəkildə təxribat xarakterli şayiələr yayılır ki, vəfat etmiş şəxslərin yaxınlarına tibb işçiləri tərəfindən pul müqabilində həmin şəxsin koronavirusdan ölməsilə bağlı arayış verilməsi təklif edilir. Bu deyilənlər həqiqətə uyğun deyil və hər kəsi bu kimi şayiələrə inanmamağa çağırırıq".

AyselBAKU.WS

Mənbə: baku.ws