Abituriyentlərdən COVID-19 testinin nəticəsi tələb olunmayacaq

Abituriyentlərdən COVID-19 testinin nəticəsi tələb olunmayacaq

Abituriyentlərin və onların valideynlərinin COVİD-19 xəstəliyinə yoluxması və test nəticəsinin tələb edilməsi qaydası TƏBİB tərəfindən qoyulmayıb. Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, COVİD-19 testləri ölkədə xəstəlik əlamətləri olan şəxslər, hər hansı tənəffüs yolları infeksiyasının simptomları olan şəxslər, koronavirusa yoluxmuş şəxslə əlaqədə olanlar, tibb işçiləri və ölkəyə xaricdən gələn vətəndaşlara edilir.

“TƏBİB tərəfindən abituriyentlərdən testin nəticələrinin istənilməsi tələbi qaydalarda qeyd edilməyib”.

Aytən Zəhra
Azvision.az
 

Mənbə: azvision.az