Abituriyentlər və onların valideynləri test olunacaq?

Abituriyentlər və onların valideynləri test olunacaq?

DİM tərəfindən də məlumat verildi ki, 6-7 iyun tarixlərində nəzərdə tutulan imtahanlar 11 iyun tarixinə keçirilib.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib.

"TƏBİB-in mütəxəssisləri tərəfindən imtahanda riayət olunacaq qaydalarla bağlı müvafiq medodiki tövsiyələr hazırlanıb. Burada sosial məsafə, əl gigiyenası kimi qaydalar qeyd olunub. Eyni zamanda, valideynlərin abituriyentləri gözlədiyi zaman sıx toplamamaları tövsiyə olunur", - o bildirib.

Yaqut Qarayeva qeyd edib ki, TƏBİB tərəfindən abituriyentlər və onların valideynlərinin test olunması qeyd olunmayıb:

"Xəstəlik əlamətləri olan vətəndaşlar koronavirus testi olunur. Gəlin, bu müddətdən istifadə edib, imtahanlara daha yaxşı hazırlaşaq və səbirli olaq".

Mənbə: axar.az