Şəxsi avtomobili olmayanlar işə necə gedib-gələcək?

Şəxsi avtomobili olmayanlar işə necə gedib-gələcək?

"Yalnız işə getməsinə icazə verilən vətəndaşlar fərdi avtomobillərindən istifadə edə biləcəklər. Daxili resursları əməkdaşlarını işə gətirməyə imkan verən iş yerləri də bu xidməti göstərəcəklər. Bunu özü tənzimləyə bilməyən iş yerləri üçün isə bunu Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək".

Yenisabah.az bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı qeyd edib ki, buna baxmayaraq qurumların daxili resurslarına üstünlük verilməlidir:

"İş yerinə yaxın yaşayan vətəndaşların işə piyada gedib-gəlmələri tövsiyə olunur. Zəruri ehtiyac yarandığı təqdirdə iş yeri Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər".

Mənbə: yenisabah.az