Epidemioloji gedişat bizi NARAHAT EDİR - QƏRARGAH

Epidemioloji gedişat bizi NARAHAT EDİR - QƏRARGAH

“Xüsusi rejimli xəstəxanalar üçün 5 min, modul tipli xəstəxanalar üçün isə 2 min yataq nəzərdə tutulur”.
News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, bu gün ölkədə 2700 civarında aktiv koronavirus xəstəsi var: “Xəstələrin böyük əksəriyyəti Bakıdadır. Ona görə də bu ərazidəki xəstələrin üzərinə düşən yük artır. Hazırda resurslarımız kifayət qədərdir. Sadəcə epidemioloji gedişat bizi narahat edir”.

Mənbə: news24.az