Macarıstan infeksiyanın yayılmasının qarşısını uğurla alır

Macarıstan infeksiyanın yayılmasının qarşısını uğurla alır

Budapeşt, 4 iyun, AZƏRTAC

Macarıstanda koronavirusa yoluxanların sayı hər milyon nəfərə nisbətdə 368 nəfər təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstan Milli Səhiyyə Mərkəzinin başçısı Sitsiliya Müller məlumat verib. Onun sözlərinə görə, bu rəqəm ictimai kontekst baxımından ümidverici amildir. Lakin paytaxt Budapeşt hələ də ölkənin ən gərgin virus ocağı olaraq qalmaqdadır. Burda hər milyon insana nisbətdə 976 yoluxma faktı qeydə alınıb.

Son günlər bir sıra Avropa ölkələri koronavirusun yayılmasına qarşı Macarıstanın mübarizə metoduna maraq göstərir. Macarıstanda Azərbaycanla eyni sayda koronavirusa yoluxanların olmasını nəzərə alsaq, bu cəhətdən Azərbaycanın təcrübəsinə müraciət etmək daha məqsədəuyğun olardı. Qeyd edək ki, yoluxanların sayının eyni olmasına baxmayaraq, Azərbaycanda Macarıstana nisbətən 8 dəfə az ölüm halı qeydə alınıb. Bu da orta hesabla hər milyon nəfərə nisbətdə Macarıstanda 55, Azərbaycan isə 7 ölüm hadisəsi deməkdir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: azertag.az