Daxili uçuşlar nə vaxt bərpa olunacaq? - Rəsmi

Daxili uçuşlar nə vaxt bərpa olunacaq? - Rəsmi

Daxili uçuşların yaxın zamanda bərpa olunması gündəmdədir.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Hava nəqliyyatında tətbiq olunacaq metodiki göstərişlər hazırlanıb. Daxili uçuşlar zamanı laboratoriya analizlərinin keçirilməsi nəzərdə tutulur", - o bildirib.

Sədr qeyd edib ki, beynəlxalq uçuşların bərpası ilə bağlı ölkələrlə müzakirələr davam edir:

"Güman edilir ki, 1 iyula qədər beynəlxalq uçuşlar olmayacaq".

Mənbə: axar.az