Bu abituriyentlərin imtahana daxil olması düzgün deyil

Bu abituriyentlərin imtahana daxil olması düzgün deyil

Abituriyentlərin həyatında qəbul və buraxılış imtahanları vacib mərhələdir.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"TƏBİB-in göstərişlərində uşaqların hərarətinin yoxlanılması ola bilər. Əgər abituriyentimiz özünü yaxşı hiss etmirsə, onun imtahana daxil olması sağlamlığı baxımından düzgün deyil. Abituriyentlər üçün yenidən imtahan təşkil olunması TƏBİB-in səlahiyyətlərinə daxil deyil. Lakin biz bu məsələ ilə bağlı müzakirələr açığıq"

Mənbə: axar.az