Xəstəxanalarda yer dolsa belə... - TƏBİB

Xəstəxanalarda yer dolsa belə... - TƏBİB

Ölkəmizdə kifayət qədər çarpayı ehtiyyatı var.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Xəstəxanalarında yer dolsa belə, yenə də məktəblərin pandemiya xəstəxanalarına keçirilməsinə ehtiyac olmayacaq. Bizim bütün resurslarımız mövcuddur. Xəstəxanalar müvafiq tibbi ləvazimatların hamısı ilə təchiz olunub. Bir daha sübut olundu ki, dünyanın heç bir ölkəsi buna hazır deyildi, lakin ölkəmiz bütün zəruri ehtiyacları qısa zamanda tamamlayıb".

Mənbə: axar.az