"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

Məşhur qarışıq döyüşlər sənətçisi Oleq Taktarov ABŞ-da inzibati binaların yandırılması və talanlarla müşayiət olunan kütləvi etiraz aksiyalarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "rus ayısı" "Instagram" hesabındakı canlı yayım zamanı qeyd edib:

"Amerikada indi ağdərili olmaq çətindi. İşlər qaydasında getmir, pulun yoxdu? Ən azından küçəyə çıxıb nəyisə sındıra bilərsən. ABŞ-da son günlərdə baş verənləri belə təsvir edə bilərəm. Amma sıravi insanların ailələri ilə birlikdə küçələri təmizləməsini bəyəndim".

Qeyd edək ki, Corc Floydun polisin müdaxiləsindən sonra dünyasını dəyişməsi ABŞ-da etirazların başlamasına səbəb olub.

Fanat.Az

Mənbə: fanat.az