Qazaxıstan Səhiyyə naziri: koronavirusun ikinci dalğası oktyabrda başlaya bilər

Qazaxıstan Səhiyyə naziri: koronavirusun ikinci dalğası oktyabrda başlaya bilər

Nur-Sultan, 4 iyun, AZƏRTAC

Qazaxıstanda yeni növ koronavirusa yoluxan 12 124 nəfər qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu xəstələrin böyük əksəriyyəti - 77 faizi xəstəliyi yüngül asimptomatik müalicə kursu keçir.

Qazaxıstan Səhiyyə naziri Yejan Birtanov bildirib ki, əhali arasında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin yumşaldılması, adi həyata qayıtdığımıza dair bir hiss yaratmamalıdır. Pandemiyada, karantində yaşamağa uyğunlaşmaq lazımdır.

Birtanov karantin rejimi dövründə mitinqlərin keçirilməsinə qəti etirazını bildirib və yeni infeksiyaların baş verə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, pandemiya zamanı kütləvi tədbirlər qadağandır.

Nazir COVID-19 virusuna yoluxmanın ikinci dalğasının oktyabr ayında qrip və kəskin virus infeksiyalarının başqa bir mövsümi epidemiyası ilə əlaqəli olacağını bildirib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Mənbə: azertag.az