Lukaşenko "qardaş" məsələsini yada saldı, amma hökumətə başqa tapşırıq verdi

Lukaşenko "qardaş" məsələsini yada saldı, amma hökumətə başqa tapşırıq verdi

Prezident vurğulayıb ki, Belarusun açıq iqtisadiyyatı var, lakin öz bazarlarımızın qorunması tədbirləri də görülməlidir

BAKI, 4 iyun — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko yeni hökumətin iclasında Rusiyadan asılılığı azaltmağı tələb edib. Bu barədə Sputnik Belarus xəbər verir.

O qeyd edib ki, ölkədə iqtisadi artım ixraca və daxili tələbata əsaslanmalıdır:

"İxrac yoxdursa, valyuta da yoxdur. Bir bazardan asılı olmaq problemini də birdəfəlik həll etmək lazımdır. Biz hətta qardaş Rusiyadan 50-55% də asılı olmamalıyıq. Biz bazarları diversifikasiya etməliyik".

Lukaşenko xatırladıb ki, daha əvvəl yaxın və uzaq xaricə ixracın inkişaf etdirilməsi və yeni bazarların axtarışı istiqamətində qərarlar qəbul olunub.

Prezident vurğulayıb ki, Belarusun açıq iqtisadiyyatı var, lakin öz bazarlarımızın qorunması tədbirləri də görülməlidir: "Bizim daxili bazarımız böyük deyil, lakin onu da heç bir halda kiməsə vermək lazım deyil. Bu məsələ yeni hökumət qarşısında qalır və əvvəlki hökumət bu məsələni həll edə bilmədi".

Mənbə: sputnik.az