Çox güman ki, vəziyyətimiz pisləşəcək - Nikol Paşinyan

Çox güman ki, vəziyyətimiz pisləşəcək - Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan və ailə üzvləri tam tibbi müayinədən keçib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“Bu anda bizdə heç bir simptom yoxdur. Koronavirusumuz tamamilə asemptomatikdir: hərarət, sətəlcəm və ya başqa bir təzahür yoxdur”. Nikol Paşinyan bu gün komendantın ofisində keçirilən iclasdan sonra keçirdiyi brifinqdə belə deyib.

O, vəziyyətlərinin pisləşəcəyi ehtimalı olduğunu vurğulayıb.

Nikol Paşinyan “Ancaq bu ehtimal çox azdır” deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də özündə və ailəsində virusun olduğunu təsdiqləyib.

Mənbə: konkret.az