Lukaşenko rusları Belarus müxalifətini maliyyələşdirməkdə ittiham edir

Lukaşenko rusları Belarus müxalifətini maliyyələşdirməkdə ittiham edir

Aleksandr Lukaşenko altıncı dəfə Belarusun prezidenti olmağa hazırlaşır. “Batya”, eyni zamanda, ölkədəki narazılıqlardan narahatdır.

Bizimyol.info xəbər verir ki, Lukaşenko rusları Belarus müxalifətini maliyyələşdirməkdə ittiham edir. Onun fikrincə, Rusiya oliqarxları ölkədəki alternativ qüvvələrə böyük maddi yardım göstərir.

Lukaşenko deyir ki, Belarusda yeni etiraz hərəkatı ortaya çıxmayıb. Prezident narazılıqların olduğunu bilir, amma bunun həmişə olacağını söyləyir.

“Həmin adamlar dildə özünü radikal müxalifətə bağlamaq istəmir. İstədikləri də alınmır. Komarovkada ağ-qrmızı-ağ bayraq (müxalifətin atributu) və Avropa bayrağı qaldırmışdılar. Rus oliqarxlarının hesabına hakimiyyətə çox ağılsız müxalifət gəlməyə çalışır”, - Lukaşenko deyib.

Belarusda prezident seçkilərinin avqustun 9-da keçirilməsi nəzərdə tutulub. Ayrı-ayrı şəhərlərdə müxalif namizədlərin dəstək aksiyaları keçirilir.

Mənbə: www.bizimyol.info