Afinada ABŞ Səfirliyi qarşısında iğtişaş baş verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən ABŞ Səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, etiraz aksiyası zamanı ABŞ Səfirliyinə "Molotov kokteyli" də atılıb.

Nümayişçilər "ABŞ məhv olsun", "ABŞ Səfirliyini ölkəmizdə istəmirik" və digər şüalar səsləndiriblər.

Polisin aksiyaya sərt müdaxilə etdiyi və saxlanılanların olduğu qeyd olunur.

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

Yayda dəriyə qulluq – 7 ÇOX SADƏ QAYDA

SONRAKI XƏBƏR

Apple iPhone-un ekran texnologiyasını dəyişdirəcək - İDDİA