Bəşər Əsədin müşaviri də ABŞ-dakı irqçiliyi pislədi

Bəşər Əsədin müşaviri də ABŞ-dakı irqçiliyi pislədi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban ABŞ-da baş verənlərə münasibət bildirib.

Buseyna Şaban açıqlamasında vurğulayıb ki, ABŞ polisi nümayişçilərə qarşı zorakılıq edərək əslində hökumətin simasını ortaya qoyur.

"İrqçilik ABŞ hökumətinin iç üzünü göstərmiş oldu. Dövlətlərə sanksiyalar tətbiq edən ABŞ hökuməti ölkəsindəki insanlara qarşı da vəhşilik edərək yaddaşlara yazıldı", - Buseyna Şaban diqqətə çatdırıb.

O, qeyd edib ki, Suriya hökuməti ABŞ-da baş verən irqçilik və polis zorakılığını pisləyir.

Mənbə: eastnews.org