ABŞ-ın imici darmadağın oldu - Polşa nəşri

ABŞ-ın imici darmadağın oldu - Polşa nəşri

ABŞ-da baş verən son olaylar bu ölkənin beynəlxalq imicini darmadağın etdi.

Axar.az xəbər verir ki, bu barədə Polşa nəşri “Reçpospolita” yazıb.

Nəşr qeyd edib ki, son hadisələr fövqəldövlətin heç də hər şeyə gücü çatan və səhvsiz olmadığını göstərdi:

“Vətəndaşlar bu ölkədə özlərini təhlükəsizlikdə hiss etmir. ABŞ cəmiyyətində böyük bərabərsizlik var və bu, gələcəkdə daha da dərinləşəcək”.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq ölkənin bir çox şəhərlərində kütləvi itaətsizlik baş qaldırıb.

Mənbə: axar.az