45 ildir Rusiyanı oradan uzaq tutmağa çalışırıq - ABŞ

45 ildir Rusiyanı oradan uzaq tutmağa çalışırıq - ABŞ

Rusiya Yaxın Şərqdən çıxmalıdır, çünki orada destruktiv rol oynayır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin yardımçısı Devid Şenker deyib.

Diplomat bildirib ki, artıq 45 ildir ölkəsi Rusiyanı Yaxın Şərqdən uzaq saxlamağa çalışır:

“Onlar (ruslar) Yaxın Şərqdə destruktiv rol oynayırlar. Birbaşa desək, biz onların regiondan çıxmasını istəyirik”.

Mənbə: axar.az