İsrail paytaxtında da iğtişaşlar başladı

İsrail paytaxtında da iğtişaşlar başladı

İsrail rəhbərliyinə etiraz edən “Qara bayraq” təşkilatının fəalları gecə saatlarında paytaxt Təl-Əvivdəki küçələri bağlamağa başlayıb.

Moderator.az xəbər verir ki, bu haqda yerli “Walla” nəşri məlumat yayıb.

Qeyd olunur ki, İshak Rabin meydanında Benjamin Netanyahunun rəhbərlik etdiyi birlik hökumətinə qarşı etiraz mitinqindən sonra aksiyaçılar İbn Qvirol küçəsini bağlamağa başlayıblar.

Etirazçılar Knessetdə nəzərdən keçiriləcəyi gözlənilən koronavirus epidemiyası zamanı fövqəladə vəziyyət qanununa qarşı da çıxırlar.

Sultan Laçın

Mənbə: moderator.az