Aydın Quliyev: Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır

Aydın Quliyev: Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır

Bakı. Samir Əli - Trend:

Tərtərdə idman kompleksinin açılışındakı çıxışı ilə Azərbaycan prezidenti Ermənistan dövlətinin terrorçu mahiyyəti, irticaçı-təcavüzkar siyasəti və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın güclü mövqeyi barədə ictimaiyyətə və dünya auditoriyasına yeni maraqlı mesajlar verdi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Prezidentin ölkəmizə qarşı təcavüz tarixi, torpaqlarımızın parça-parça qoparılması və bu işdə Azərbaycanın tarixi rəhbərlikləri tərəfindən yol verilmiş səhvlər barədə söylədiyi faktlar əhəmiyyıtlidir və dərin siyasi,elmi diskussiyalar doğurmaq gücündədir: "Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır. Ermənistanın siyasətində faşist və terrorçuluq əlamətləri bu dövlətin əslində dünyanın yaxşı tanıdığı terror təşkilatlarının fəal dəstəyi və himayəsi ilə qurulmasından irəli gəlib. 2018-ci ilə qədər özünü daha qabarıq göstərən faşist -terror davranışları təəssüf ki, bu gün də davam edir. Hitler faşizmi ilə fəal əməkdaşlıq etmış şəxslərin qəhrəmanlaşdırılması, ölkənin özündəki dövlət terroru faktlarının hələ tam araşdırılmaması bunu əyani şəkildə sübut edir".

Ekspert bildirib ki, Prezident Əliyevin Ermənistan dövlətinin faşist-terror mahiyyəti barədə fikirləri ciddi əsaslara söykənir və Ermənistanın Azərbaycana təcavüz siyasətinin tarixi, siyasi, ideoloji, milli əsaslarını dünyaya daha dərin tanıtmaqda müstəsna rol oynayır: "Prezident son yüz ildə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal və ilhaq anatomiyasını tam mənzərəsi ilə göstərdi. Ən əhəmiyyətli məqamlardan biri budur ki, Prezident Azərbaycan torpaqları ilə bağlı Ermənistanın işğal planları və iştahının davamlı xarakter daşıdığını göstərdi, torpalarımızın işğalının həm erməni işğal planları, həm də xüsusilə cümhuriyət dövründə buraxılmış səhvlərlə bağlı olduğunu inandırıcı şəkildə sübut etdi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanın Ermənilərə verilməsinin ciddi səhv və bağışlanmaz güzəşt olduğu barədə Ptezidentin sözləri hər bir azərbaycanlının bu tarixdən duyduğu ürək ağrıları ilə üst-üstə düşdü.

Hələ də elə fikirlırə rast gəlinir ki, İrəvanın Ermənistana verilməsi guya qaçılmaz idi və guya Xalq Cümhuriyyət rəhbərləri bu addıma məcburən getdilər. Prezident bu hadisəni yankış və bağışlannaz adlandırmaqla bir daha sübut etdi ki, İrəvan Ermənistana verilmıyə də bilərdi və verilməməli idi. Prezident haqlı olaraq bu hadisəni sonrakı dövrlərdə erməniləri yeni torpaq işğallarına şirniklındirən faktor kimi xarakyerizə etdi.İrəvanın 100 il əvvəl ermənilırə verilməsi ilə bağlı Prezidentin fikirlərindı strateji əhəmiyyət daşıyan mıqamlar var. Dünya bir daha gördü ki, Ermənistan bir dövlət olaraq həqiqətən əsasən Azərbaycanın tarixi torpaqları üzərundə qurulub. Prezident bütün nəsillərimizə örnək olacaq bir ideya verdi ki,heç bir tarixi şərait və səbəb torpaqlarımızın düşmənə bağışlanması siyasətinə haqq qazandıra bilməz".

Baş redaktor deyib ki, bəzilərinin guya bunu Xalq Cümhuriyyətini gözdən salmaq və qaralamaq məqsədi kimi təqdim etməsinin heç bir həqiqi əsası yoxdur: "Prezident bir daha göstərdi ki,obyektiv tariximizi hamı bilməlidir,hər bir dövlət xadiminin səhvliklərinə obyektiv qiymət verilməlidir və düşmənə torpaqlarımızın güzəşt olunması heç bir halda bağışlanmamalıdır.

Ermənistan dövlıtinin terrirçu-faşist və təcavüzkar-işğalçı mahiyyəti barədə dünyadakı rəylərin daha da möhkəmlənməsində Prezidentin çıxışı güclü təsirə malikdir.

Azırbaycanın DQ mısələsində beynəlxalq hüquqi,siyasi və diplomatik mövqeləri Azərbaycan prezidentinin mahiyyətli və faktoloji izahları ilə daha da gücləndi.Prezident sübut etdi ki,Ermənistan tək siyasi və torpaq təcavüzkarı yox,həm də "toponim təcavüzkarı" və "su faşizmi " prinsipləri ilə hərəkət edən dövlətdir".

Mənbə: az.trend.az