İran və ABŞ qarşılıqlı şəkildə tanınmış məhbusları azad ediblər

İran və ABŞ qarşılıqlı şəkildə tanınmış məhbusları azad ediblər

İran ABŞ-ın bir hərbçisini ABŞ isə İranın bir həkimini sərbəst buraxıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi məlumat verib.

İran rəsmisi bildirib ki, iki il öncə əleyhinə təhlükəsizliklə və sair məsələlərlə bağlı şikayət edilmiş və daha sonra həbs edilmiş ABŞ-ın sabiq hərbçisi Maykl Vayt azad edildikdən sonra İsveçrə səfirliyinə təhvil verilib və o ötən gün ölkədən çıxıb.

Eyni zamanda bildirilib ki, 16 ay öncə ABŞ-da həbs edilmiş iranlı elm adamı və həkim Məcid Tahiri də azad edilib və o İrana gələcək.

Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk ötən gün Sürix şəhərində Maykl Vaytı qarşılayıb.

Mənbə: www.interaztv.com