İrəvanda da mağazaları qarət edəcəklər - Trofimçuk

İrəvanda da mağazaları qarət edəcəklər - Trofimçuk

Ermənistanda köhnə səhiyyə sistemindən demək olar ki, heç bir şey qalmayıb və “demokratiya” tərəfdarları onun son qalıqlarını “optimallaşdırır”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq, beynəlxalq ekspert Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, tezliklə erməni əhalisi “Amerikadakı kimi” tibbi yardım alacaq və bundan sonra 2018-ci ilin yazında çox istədikləri liberalizmin cazibələrini öyrənəcəklər.

“Ümid edirik ki, ermənilər Avrasiya məkanında Qərb üslublu demokratiyanın son pərəstişkarları olacaqlar. Əks halda, tezliklə İrəvanda dükanlar qarət olunacaq ”, – deyə rusiyalı politoloq qeyd edib.

O vurğulayıb ki, baş verənlərə görə bütün məsuliyyəti “Paşinyan komandası” daşıyır. Amma erməni xalqı yenə də hər şeyi dəyişə bilər, çünki özünü “demokrat” hesab edən Paşinyan yəqin ki, demokratik yolla əvəz edilməsinə razılıq verər.

“Əks təqdirdə, yerli cadügarlar istisna olmaqla, əhalinin tezliklə müalicə olunacağı heç bir yeri qalmayacaqdır. Erməni xalqından başqa heç kim erməni xalqına kömək edə bilməz. Onlar iki il ərzində yalançı demokratiyanın və kvazi-liberalizmin bütün cazibələrini hiss etdilər. Buna görə də indi onun üçün ən yaxşı seçim çantasını götürüb getməkdir. Yalnız bundan sonra Ermənistan özünə bir təhlükəsizlik sistemi yarada bilər. Hansı ki, Nikol Paşinyanın hakimiyyəti dövründə tamamilə məhv olub. Eyni şey Qarabağa da aiddir, çünki indiki Baş nazirlə Ermənistan münaqişənin daha da kəskinləşməsini gözləyir ”, – deyə Trofimçuk vurğulayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az