""Erməni şəbəkəsi” iş başındadır" ÖZƏL-MÖVQE

""Erməni şəbəkəsi” iş başındadır" ÖZƏL-MÖVQE

""Erməni şəbəkəsi” iş başındadır. Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər onları narahat edib, ciddi reaksiya doğurub". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Sədrin sözlərinə görə, onlar indi Prezidentin nitqini “təhlil edir”, “qüsur tapmağa”, effektini azaltmağa çalışırlar: "Ermənilərin mövqeyi bəllidir, müəyyən mənada anlaşılandır. Çünki Prezidentin çıxışı bir tərəfdən Ermənistan tarixinin saxtakarlıq üzərində qurulduğunu ehtiva edir; XIX əsrin əvvəllərindən etibarən ermənilərin tarixi Azərbaycan torpaqlarında süni şəkildə məskunlaşdırılmasından başlamış, ADR hakimiyyəti tərəfindən İrəvan da daxil olmaqla Azərbaycan torpaqlarının Ermənistana verilməsi, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması üçün bağışlanmaz güzəştlərin edilməsini ehtiva edir. Digər tərəfdən isə Ermənistan dövlətinin faşist və terrorçu mahiyyətini ifşa edir, Ermənisatanda 2018-ci ilə kimi cinayətkarların hakimiyyətinin hökm sürməsinə aydınlıq gətirir.

Prezident tarixi torpaqlarımıza olan iddialarımızın aradan qalxmadığını siyasi müstəvidə gündəmə gətirir. Bu da anlaşılandır. Anlaşılmaz görünən məqam isə bəzi “azarbaycan alimlərinin” mövqeyi ilə bağlıdır. Xaricdə məskunlaşan “soydaşlarımız” tərəfindən yaradılan media qurumları neçə gündür ki rahatlıq tapmır, Prezidentin çıxışını araşdırırlar. Bu silsilədən iyunun 2-də "İlham Əliyevin bəyanatlarına alimlər nə cavab verirlər?” başlığı ilə keçirilən müzakirələr faciəvidir, təəssüfedicidir. Çox danışırlar, amma bir xətt üzərində hərəkət edirlər. İsbat etməyə çalışırlar ki, “İrəvan sözdə Azərbaycan şəhəri olsa da, mahiyyətcə ermənilərin olub və ADR-in onu güzəştə getməsində təəcüblü heç nə yoxdur”. Nə deyəsən belələrinə?!".

Mənbə: sia.az