Ekspertdən istirahət günü qadağasına etiraz: “BU, VİRUS RİSKİNİ ARTIRACAQ…”

Ekspertdən istirahət günü qadağasına etiraz: “BU, VİRUS RİSKİNİ ARTIRACAQ…”

"Həftənin istirahət günləriküçələrə çıxmağa qadağa qoyulması yanlış qərardır. Düşünürəm ki, bu əslində virusun daha çoxyayılmasına xidmət edəcək”.

Sfera.az-a açıqlamasında busözləri cümə günü axşamdan başlayaraq, şənbə və bazar günləri küçəyə çıxmağaqadağa yoyulmasına toxunarkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:

"İnsanlar dünəndənbaşlayaraq axın şəkildə marketlərə üz tutur.Bu gün də eyni prosesin şahidi olacağıq.Belədə daha çox insanın bir yerə toplaşması baş verir ki, bu da virusriskini daha da artırır. İstirahət günləri obyektləri bağlamaq olar. Məsələn,ticarət mərkəzləri, kafe və restoranları bağlamaq olar ki, insanlar bir yerətoplaşmasın. Amma insanların küçəyə çıxmaması ilə virusun yayılması arasındabirbaşa əlaqənin olmadığını artıq dünya sübut edib. Bəzi ölkələr heç bir karantin qaydası tətbiqetməyib. Amma onlarda virusun yayılma sürəti karantin tətbiq olunan ölkələrləeynidir”.

Həmsöhbətimizin fikrincə,burada insanların sosial məsafə anlayışını, sorumlu davranışını önə çəkməyinvacibliyini qeyd etməliyik: "Əsas məsələ vətəndaşı yeni davranış qaydalarınaöyrətməkdir. Azərbaycanda virusun olduğuna inanmayan hələ də milyonlarla insanvar. Virusa inanmayan insanı evdə otuzdurmaqla yoluxmanın qarşısını almaqmümkün deyil. Yenidən, birinci günü işə getmək üçün küçəyə çıxanda onlar eynidavranış qaydalarını göstərəcəklər.Dünyanın keçdiyi yol isə sübut etdi ki, vətəndaşın məsuliyyətlidavranması üçün onlarla çalışmaq lazımdır. Sosial çarxlar yayımlanmalı, viruslabağlı televiziyalarda ciddi maarifləndirici verilişlərin verilməsinə ehtiyacvar. İnsanlara davranış qaydaları öyrədilməlidir. Azərbaycanda isə bunun heçbiri yoxdur. Qadağalar yolu ilə məsələnihəll etmək mümkün olsaydı, başqa ölkələr çoxdan buna gedərdi”.

N. Cəfərli hesab edir ki,mövcud qadağalar mənasızdır: "Şənbə və bazar günləri insanları evdə saxlamağınheç bir mənası yoxdur. 1-5 günlər arasında insanlar eyni yerə gedəcək, eyni davranışqaydaları göstərəcəklərsə, istirahət günləri evdə qalmağın nə mənası olacaq?Bunun heç bir məntiqi izahı yoxdur. Onagörə də qadağaları sərtləşdirmək yox, insanları davranış qaydalarına əməl etməyəvərdiş etdirməliyik. Bu istiqamətdə ciddi sosial siyasətə ehtiyac var”.

 

Elçin

Sfera.az

Mənbə: sfera.az