Moskva: Vaşinqtonun Rusiyanın Qərbi Asiyadan çıxması iddiası absurddur

Moskva: Vaşinqtonun Rusiyanın Qərbi Asiyadan çıxması iddiası absurddur

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ rəsmisinin Moskvanın Qərbi Asiya bölgəsindən çıxması lazım olduğuna dair açıqlamalarını tənqid edən Rusiya Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamentinin belə ağılsız ifadələrinin artmasının keyfiyyətin azalmasının əlaməti olduğunu söyləyib.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbə, ABŞ dövlət katibinin müavini Devid Şankerin Moskvanın Qərbi Asiya bölgəsini tərk etməsi ilə bağlı iddialarına cavab verib.
"Sputnik" agentliyinə verdiyi müsahibədə adının çəkilməsini istəməyən mənbə Şankerin açıqlamalarını əsassız və Dövlət Departamentində peşəkar standartların keyfiyyətinin aşağı düşməsinin əlaməti olaraq xarakterizə edib.

Qeyd edək ki, Yaxın Şərq videokonfransında danışan Şanker, Moskvanı Qərbi Asiya bölgəsində dağıdıcı rol oynamaqda ittiham edərək, ABŞ-ın Rusiyanın bölgədəki iştirakını azaltmaq üçün 45 ildir çalışdığını söyləyib.

Mənbə: FNA

Mənbə: eastnews.org