“Ermənilərin azərbaycanlılarla razılığa gələ bilmədiyini unutmusunuz?” – Lukaşenko

“Ermənilərin azərbaycanlılarla razılığa gələ bilmədiyini unutmusunuz?” – Lukaşenko

“Biz uşaqlarımızın yaşaya biləcəyi ölkəmizi yaratmışıq. Bu gün elə bir an gəlib ki, onu müdafiə etməliyik. Bizi hissələrə parçaladıqlarını görürsünüz”. Ordu.az “Sputnik” nəşrinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko yeni təyin olunmuş hökumətlə ilk iclas zamanı deyib.
“Bu, ağrı görməyən yeganə postsovet ölkəsidir. Bu gün Qafqazın da qaynadığını, ermənilərin azərbaycanlılarla razılığa gələ bilmədiyini unutmusunuz? Gürcüstanın ərazisinin deməkolar üçdə birini itirdiyini unutmusunuz?”, - deyə Lukaşenko bildirib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az