Bu valideynlərə ödənişli məzuniyyət verilsin - Deputat - VİDEO

Bu valideynlərə ödənişli məzuniyyət verilsin - Deputat - VİDEO

"Uşaqları kollektiv şəkildə bir yerə yığmaq indiki halda olmaz. Ola bilər ki, onların valideynlərinə müəyyən dövrə qədər sosial məzuniyyət və qismən əmək haqqları verilər".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Diqqət Mərkəzi - Yekun" verlişində millət vəkili Musa Quliyev bildirib.

O əlavə edib ki, qismən ödənişli sosial məzuniyyət iki və daha çox övladı olan və onu bağçaya qoya bilməyən valideynlərə təqdim olunmalıdır.

BAKU.WS

Mənbə: baku.ws