Rusiya elə snayper tüfəngi hazırlayır ki... – Yeni rekord

Rusiya elə snayper tüfəngi hazırlayır ki... – Yeni rekord

Rusiya unikal DXL-5 snayper tüfəngi hazırlayır.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində “Lobayev Arms” şirkətinin direktoru Vladislav Lobayev deyib. O, yeni snayper tüfənginin 7 kilometr məsafədəki hədəfləri məhv etmək imkanına sahib olacağını bildirib. Lobayev hələlik dünyada bu qədər məsafəyə atəş aça biləcək snayper tüfənginin olmadığını qeyd edib.

Qeyd edək ki, hazırda dünyada ən uzaq məsafəyə atəş aça biləcək snayper tüfəngi “Sumrak”dır. Bu snayper tüfənginin maksimal atəş məsafəsi 4,2 kilometrdir.

Mənbə: axar.az