Əfqanıstanın cənubunda Talibanın hücumu nəticəsində ordu 10 əsgərini itirib

Əfqanıstanın cənubunda Talibanın hücumu nəticəsində ordu 10 əsgərini itirib

Əfqanıstanın Zabul əyalətində Taliban ordunun hərbi karvanını pusquya salıb. Ölənlər var.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Zabul əyaləti şurasının sədri Ətacan Haq-Bəyan məlumat verib.

Bilıdirilib ki, bu gün Zabul-Qəndahar avtobanı üzərində təhlükəsizlik post-patrul əməliyyatı həyata keçirən ordu qüvvələri Talibanın qəfil hücumuna məruz qalıblar.

İlkin məlumata əsasən bu hücumda ordu 10 əsgərini itirib. Taliban da itkilər verərək, ucqar bölgələr istiamətdə geri çəkilib.

Talibanın hücumu elə bir halda baş verir ki, tərəflər Fitr bayramından başlayaraq ölkədə hücumların müvəqqəti dayandırıldığını elan ediblər.

Taliban hələ bu hücuma rəsmi münasibət bildirməyib.

Mənbə: www.interaztv.com