Bayden: Amerikalıların 10-15 faizi çox yaxşı insanlar deyil

Bayden: Amerikalıların 10-15 faizi çox yaxşı insanlar deyil

...Çıxışı zamanı Bayden hazırkı ABŞ Prezidenti Donald Trampı tənqid edərək, hərəkətlərinin amerikalıların bölünməsinə kömək etdiyini bildirib

Demokratlar partiyasından prezident postuna namizədliyinin irəli sürülməsinə çalışan ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden amerikalıların 10-15 faizinin çox yaxşı insanlar olmadığını açıqlayıb. Bu barədə "FOX News" xəbər verir.

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, o bu məlumatı tərəfdarları ilə onlayn görüş zamanı paylaşıb.

Çıxışı zamanı Bayden hazırkı ABŞ Prezidenti Donald Trampı tənqid edərək, hərəkətlərinin amerikalıların bölünməsinə kömək etdiyini bildirib.

Onun sözlərinə görə, belə şəraitdə insanların içində ən pis hisslər oyanır, amma əslində ABŞ vətəndaşlarının əksəriyyəti “layiqli insanlardır”.

"Yəqin ki, 10-15 faiz insan var ki, sadəcə yaxşı insanlar deyil, amma bu biz deyilik. Böyük əksəriyyət layiqli insanlardır", o deyib.

Mənbə: www.interaztv.com