“Ümumiyyətlə, istirahət mərkəzlərinə peyğəmbərimiz və onun səhabələrinin adını vermək haramdır...”

“Cəmiyyət tərəfindən məsələ qınanandan sonra bu cür adlar həmin sanatoriyadan yığışdırılıbsa, çox sevindiricidir”

Bunu Moderator.az-a açıqlamasında ilahiyyatçı Yaşar Qurbanov deyib. İlahiyyatçı müqəddəs adlarımızın istirahət və sanatoriyalara verilməsinin dinə zidd olduğunu bilirib:

“Əlbəttə, bu cür yerlərə bizim müqəddəs insanlarımızın adını vermək düzgün deyil. Fatimeyi-Zəhra bizim peyğəmbərimizin qızıdır. Bu, sanatoriyanın sahibinin qızının adı olsa belə orao adı verə bilməz. Bu cür məsələlərə hörmətlə yanaşmaq lazımdır. Ümumiyyətlə, otel və istirahət mərkəzlərinə peyğəmbərimiz və onun səhabələrinin adını vermək yolverilməzdir, qadağandır, haramdır. İnsanlarımız buna gərək diqqətlə yanaşsın. Belə adlara hörmət etmək lazımdır. Cəmiyyət tərəfindən məsələ qınanandan sonra bu cür adlar həmin sanatoriyadan yığışdırılıbsa, çox sevindiricidir”.

Qeyd edək ki, Masallı rayonunda yerləşən İsti su sanatoriyasında “Masallı isti su, Fatimeyi-Zəhra şəfa sanatoriyası, isti su vannaları, hovuzları” olan lövhənin adı insanların haqlı iradından sonra dəyişdirilib. Obyekt sahibi İldırım Allahyarov isə Fatimə və Zəhranın onun qızları olduğunu və bu səbəbdən də sanatoriyaya qızlarının adını verdiyini bildirib. İnsanlar isə Fatimeyi-Zəhranın adının masaj salonu altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bir məkana verilməsinin əleyhinə olduqlarını bildiriblər.

Vasif Əlihüseyn

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Sosial məsafəni gözləməklə, “imtahan verənin sağlamlıq bəyannaməsi” təqdim edən bütün şagird və abituryentlərin imtahan vermələrinə şərait yaradılmalıdır”

SONRAKI XƏBƏR

Müqaviləsiz çalışanlar karantin günləri üçün ödəniş alacaqmı? - Ekspert