Deputat AŞPA-nın Hüquq Komitəsinin onlayn iclasına qatılıb

Deputat AŞPA-nın Hüquq Komitəsinin onlayn iclasına qatılıb

“Bu gün (5 iyun) AŞPA-nın Hüquq Komitəsinin videokonfrans vasitəsilə iclasında iştirak etdim. Ona görə də Milli Məclisin bugünkü plenar iclasında olmadım”.

Cebhe.info xəbər verir ki, bunu deputat Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, bu, onun ilk AŞPA təcrübəsidir:

“Səsvermə hüququ ilə iştirak etdim, arada çıxışım da oldu. Çıxışımda bir təklif verdim (hesabatın bir paraqrafında mahiyyətə təsir etməyən bir düzəliş). Məruzəçi, Kipr təmsilçisi, sosial-demokrat, Konstantinos Efstatios təklifimlə öncə razılaşdı. Sonra Niderland sosialisti, AŞPA-da Birləşmiş Avropa Solu qrupunun sədri Tini Koks təklifimə etiraz etdi. Bundan sonra məruzəçi də təklifimə qarşı çıxdı. Komitə sədri israr edib-etmədiyimi soruşanda, israr etmədiyimi söylədim. Mənim üçün bu, daha çox nəbz yoxlamaq, ortamı duymaq cəhdi idi. Oradakı siyasi qrupların davranışını və ölkə təmsilçiliyinin bu davranışa təsirini anlamaq üçün kiçik bir başlanğıc oldu. Ölkə təmsilçiliyindən söz düşmüşkən, üzv olduğum Hüquq Komitəsində sədrin birinci müavini ermənidir (Edmon Marukyan). Komitəmizdə İnsan Haqları üzrə alt-komitənin sədri də ermənidir (Vladimir Vardanyan). Bunlar daha öncə seçiliblər, mən orada olmamışam. Yeri gəlmişkən, Vladimir Vardanyan bu gün "COVID-19 virusunun insan haqlarına və hüququn üstünlüyünə təsiri" mövzusunda məruzəçi təyin olundu”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info