Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

Dəməşqlə Yerevan arasında hava nəqliyyatı 8 ildən sonra yenidən bərpa edilib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Nəqliyyat Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə məlumat yayımlanıb.

Bildirilib ki, son səkkiz ildə ilk dəfə olaraq ötən gün Dəməşqdən Yerevana uçuş həyata keçirilib.

Bu hava reysi vasitəsilə 150 sərnişin Dəməşqdən Yerevana gedib.

Əlavə edilib ki, Hələb şəhərindən Yerevana uçuşların həyata keçirilməsi də planlaşdırılır.

Mənbə: www.interaztv.com